"İpoteka faizlərinin rayonlar üçün aşağı salınmasını təklif edirik"
İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib. Belə ki, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda maksimum faiz 7-dən çox ola bilməz. Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür.
Tanınmış iqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazıb ki, yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir:
"Belə ki, indiydək verilmiş 22733 kreditin 17282-i paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir. Bu kontekstindən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ən çox ipoteka krediti alan 3 şəhər Bakı və paytaxt ətrafıdır. Kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xirdalanda isə 1578 maliyyləşmə olub. Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər.
Bir sıra rayonlar ümumiyyətlə ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə bu simvolik rəqəmlər olub. Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranadan bəri cəmi 1 ipoteka krediti əldə ediblər.
Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əmək haqqıda 2 dəfə fərq var. Buna rəğmən, ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir. Bu baxımdan biz ipoteka keditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik. Belə ki, rayonlar üzrə güzəştli kreditlər üzrə faizlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Əgər maliyyə ilin ilk 10 ayında həmin kvotadan az regional sifarış olarsa o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər. Bütün hallarda, rayonlarım ipoteka keditlərinə əlçatanlığını təmin etmək üçün güzəştlərin tətbiqinə ehtiyac var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























