Neft Şahzadənin açıqlamasından sonra ucuzlaşır
ABŞ-ın İrana qarşı sanksiyalarının bu ölkənin istehsalına olan təsirinin məhdud ola biləcəyi danışılır.
"Marja" xəbər verir ki, dünya birjalarında neft qiymətləri düşüb. Brent nefti Londonda, əvvəlki iki seansda 2.5% düşdükdən sonra 1.1 faiz də geriləyərək 84 dollardan da aşağı enib.
Səudiyyə Ərəbistanının vəlihəd Şahzadəsi verdiyi müsahibədə, ölkəsinin İranın xam neft ixracının azalmasından yaranacaq kəsiri bağlamaq üçün əlavə istehsal gücünü təcili bir şəkildə işə salacağını qeyd edib. Digər tərəfdən, ABŞ-ın, 4 Noyabrda başlayacaq sanksiyaların ardından İrandan neft almağa davam etmək istəyən ölkələrlə danışıqlar apardığı bildirilir.
Neft qiymətləri, ABŞ-ın İrana tətbiq edəcəyi gözlənilən sanksiyalar, Venesuela və Liviyada hasilatın azalması ilə əlaqədar olaraq dörd ilin ən yüksək səviyyələrinə yüksəlmişdi.
İnvestorlar, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının azalan istehsalı qarşılaya biləcək əlavə gücə malik olub-olmadıqlarını dəqiq bilmirlər.
Analitiklərə görə, investorlar yəqin ki, təmkinli olacaqlar və qiymətlər gələn ay istehsal məsələsinə daha çox aydınlıq gətirilənə qədər dar bir dəhlizdə qalacaqdır.
Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, Brent nefti 1,1% ucuzlaşma ilə 83.27 dollara, WTİ nefti 0.8 faiz düşərək 73.74 dollara geriləyib. Ötən həftə Brent neftinin qiyməti 86 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















