14 milyard manatı Dollarda saxlayırlar - AVQUSTDA ARTIB
31 Avqust 2018-ci il tarixinə banklarda cəmi depozitlər (əhalinin, sahibkarların və şirkətlərin depozitləri) 20 milyard 590.6 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi depozitlər Avqustda İyul ayı ilə müqayisədə 99,4 milyon manat artıb, ötən ilin sonu ilə müqayisədə isə 8,5 milyon manat azalıb.
Həmin tarixə, cəmi depozitlərin 6 milyard 444 milyon manatı milli valyutada (3 milyard 808.5 milyonu tələb olunanadək, 2 milyard 635.5 milyon manatı müddətli), 14 milyard 146,6 milyon manatı xarici valyutada olub (6 milyard 421.1 milyon manatı tələb olunanadək, 7 milyard 725.5 milyon manatı müddətli).
Diqqəti cəlb edən, xarici valyutadakı müddətli depozitlərin artmasıdır. Xarici valyutada müddətli depozitlər Avqustda İyul ayı ilə müqayisədə 145,6 milyon manat artıb. Milli valyutadakı müddətli depozitlər isə 35,1 milyon manat azalıb.
Avqust ayında banklarda fiziki şəxslərin (əsasən əhalinin) xarici valyutada (əsasən ABŞ valyutasında) əmanətləri isə 38,3 milyon manat artıb.
31 avqust 2018-ci il tarixinə fiziki şəxslərin xarici valyutalardakı əmanətləri 5 milyard 53.9 milyon manata çatıb. İyulun sonunda məbləğ 5 milyard 15.6 milyon manat idi.
Avqustda milli valyutada əmanətlər isə 3 milyard 33.9 milyon manatdan 2 milyard 966.8 milyon manata geriləyib (67,1 milyon manat azlma).
Avqustda cəmi əmanətlər isə 28,7 milyon manat azalaraq 8 milyard 20.8 milyon manata düşüb. İyulun sonuda banklarda fiziki şəxslərin 8 milyard 49.5 milyon manat əmanəti var idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























