Azərbaycanda ev şirniyyatlarına aid biznes layihəsi 1 yaşını qeyd edəcək
(®) BUTA Art & Sweets - 1 il sizinlə!
Qürur və sevinc hissləri ilə birinci ilimizi başa vururuq.
“BUTA Art & Sweets” Azərbaycanda ev şirniyyatlarına aid ilk sosial biznes layihəsidir. Məqsəd xüsusi ehtiyacı olan xanımların işsizlik problemini şirniyyatların ev şəraitində hazırlanması və satışı ilə həll etməkdir. Beləliklə də bizim fəaliyyətimiz cəmiyyətə öz nadir strukturu ilə həm sosial, həm iqdisadi cəhətdən öz töhfəsini verir.
“BUTA Art & Sweets” ancaq 85 avro investisiya (bootstrapping) ilə işə başlayıb və artıq bir ildir fəaliyyət göstərir. Qısa müddət fəaliyyətə baxmayaraq 15 xüsusi ehtiyacı olan xanımı cəlb etməklə menyunda 23 növ şirniyyat növü əlavə etməklə, 30-dan çox şirkət, QHT və tədbir təşkilatçıları ilə uğurlu əməkdaşlıq qurub, 5 ölkədə (Rusiya, Fransa, Macarıstan, Bəhreyn və Latviya) yüksək səviyyəli yerli və beynəlxalq tədbirlərdə xanımların hazırladığı şirniyyatları təqdim olunub.
Bundan əlavə “Baku Business Factory” kovorkinq mərkəzdə rezidentlik qazanıb, “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb.
14 oktyabr saat 11:00-da Fairmont Baku Otelinin dəstəyi ilə baş tutan tədbirdə bu ilin uğurları qeyd ediləcək, ilimizin hesabatı veriləcək və yeni fəaliyyət ilinin planları açıqlanacaq.
Tədbirdə komandamızda çalışan xüsusi ehtiyacı olan xanınlar, media nümayəndələri, tanınmış simalar, təlimçilər, dövlət və özəl sektorun təmsilçiləri iştirak edəcək.
Media dəstəyə görə Marja.az postalına təşəkkür edirik.
İştirak ancaq dəvətnamə ilə olacaq və artıq bütün dəvətnamələr göndərilib.
#Sponsorluq təklifləri ilə bağlı [email protected] Sara Rəcəbli ilə əlaqə saxlaya bilərsiz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















