“28 May”da “qara bazar” üzvləri tutuldular
Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl əməliyyat tədbirləri həyata keçirilir. Bu barədə Daxili İşlər Nazirliyi bildirir.
NAzirliyin məlumatında deyilir ki, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişi əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Nəticədə dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri – Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Otay Fətəliyev və Xəlil İmanov saxlanılıblar.
Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb.
Qeyd edilən şəxslər barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























