“AMİNOL” standartlarını yüksəldir - İSO-YA MÜRACİƏT ETDİ
(®) Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2011-ci il 21 dekabr tarixli 548 saylı fərmanına əsasən, Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-ə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında “AMİNOL” ticarət markalı sürtkü yağları istehsal edilir.
Zavodun illik istehsal gücü 30 min ton, ümumi investisiyanın həcmi isə 10 milyon ABŞ Dollarıdır.
Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir. Təklif edilən yağlar tərkibinə görə mineral, yarısintetik və tam sintetik sürtkü yağlarından ibarətdir.
Azərbaycanda sənayenin müasirləşdiyi, nəqliyyat vasitələrinin və texnoloji avadanlıqların yeniləndiyi bir dövrdə, yüksək keyfiyyətli sürtkü yağlarına böyük ehtiyac vardır. Yaranan tələbi ödəmək üçün inkişaf etmiş ölkələrdən gətirilən baza yağları və aşqarlar yüksək ixtisaslı xarici və yerli mütəxəssislərin reseptləri əsasında, Alman texnologiyası ilə istehsal edilir və avtomatlaşdırılmış İtalyan avadanlıqlarında qablaşdırılır.
Şirkət, “AMİNOL” sürtkü yağlarının münasib qiymətə təklif edilməsi ilə yanaşı, məhslun keyfiyyətinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə, İSO 9001-2015 beynəlxalq standart alınması üçün Böyük Britaniyanın “GCL İnternational” şirkətinə müraciət olunmuşdur.
İSO 9001-2015 standartına görə şirkətin bütün fəaliyyət sahələri əhatə olunmaqla ümumi beynəlxalq idarəetmə maketi yaradılır.
Bu sertifikat alındıqdan sonra nizamlı, vahid, mərkəzləşdirilmiş və ümumi fəaliyyətin bütün sahələrini əhatə edən nəzarət sisteminə malik olduğu və beynəlxalq əməkdaşlıqda tələb olunan standartlara cavab verən idarəetmə sisteminin mövcudluğu təsdiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























