Bank “Sevgililər Günü” 23 yaşını qeyd edir!
Bu gün bütün dünya sevgililər gününü qeyd etdiyi bir vaxtda, ölkəmizdə “Sizə Yaxın Bankçılıq” prinsipi ilə fəaliyyət göstərərək yüz minlərlə müştərinin sevgisini qazanmış Bank of Baku 23 yaşını qeyd edir.
23 il ərzində müştərilərinə göstərdiyi yüksək xidmətilə sevgisini, qayğısını nümayiş etdirən Bank daim yenilikçi addımları ilə həm onların rəğbətini qazanmış, həm də uzun illər bazarda lider mövqeyini qoruyub saxlaya bilmişdir.
Fəaliyyətini əsasən riteyl bakçılıq üzərində quran və bu sahədə Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öncül yerlərdə olan Bank of Baku, 23-cü ildönümü ərəfəsində universal banka çevrilmək istiqamətində mühüm addımlar atmağa başladı:
Korporativ bankçılığa keçid ilə bağlı imic çarxını və iş adamlarına özəl yeni məhsulunu İŞKART – biznes kartını təqdim etdi.
Korporativ Bankçılıq sahəsində fəaliyyət dairəsini genişləndirməyi hədəfləyən Bank 23-cü yaşında bu sahədə də bazarın lideri olmağa iddialıdır. Bu iddianın reallaşmasına Bankın uzun illərə dayanan təcrübəsi, peşəkarlardan ibarət komandası əsas verir. Təsadüfi deyildir ki, Azərbaycanın aparıcı bankları və biznes qurumlarında ən yüksək vəzifələrdə məhz sektorunun Akademiyası olaraq tanınan Bank of Baku-nun yetirmələri fəaliyyət göstərir.
Hal-hazırda, Bank of Baku 700 min nəfərdən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.
Ad gününə özəl olaraq Bank həm plastik kart istifadəçilərini, həm kredit müştərilərini, həm də korporativ müştərilərini sevindirəcək silsilə kampaniyalara start verib. Bu kampaniyalar haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/stock/
Bank of Baku-nun fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumatla Bankın rəsmi facebook səhifəsindən https://www.facebook.com/bankofbaku/ və http://www.bankofbaku.com/ internet ünvanından tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 14 d. əvvəl
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb





























