Daha bir kredit təşkilatı zərərdən xilas ola bilmədiyini açıqladı
Bank Olmayan Kredit Təşkilatı “Qafqaz Kredit” MMC 2017-ci ili 17 min 937 manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 7,2 dəfə azdır.
“Marja” BOKT-ın maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 236 min manat olmuş faiz gəlirləri ötən il 186 min 711 manata düşüb.
Ötən il “Qafqaz Kredit” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyata 18 min 57 manat ayırdığından təşkilatın xalis faiz gəliri 167 min 950 manat olub. 2016-cı ildə təşkilat ehtiyata daha çox – 160 min 773 manat ayırdığından xalis faiz gəliri 64 min 276 manat təşkil etmişdi.
“Qafqaz Kredit”in inzibati və digər əməliyyat xərcləri isə 2016-cı ildəki 215 min 564 manatdan ötən il 160 min 673 manata düşüb.
MMC-nin xərcləri gəlirlərini üstələdiyindən 17 min 937 manat zərər yaranıb. 2016-cı illə müqayisədə zərərin azalmasının səbibi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyata ayırmanın və xərclərin aşağı düşməsidir.
Ötən il “Qafqaz Kredit” in müştərilərə verdiyi cəmi kreditlər 7%-ə yaxın azalaraq 652 min 927 manata düşüb. MMC-nin cəmi aktivləri isə 856 min 846 manatdan 781 min 106 manata geriləyib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















