Bu gün Türk Lirəsi üçün "böyük" gündür
Bu gün Türkiyə Mərkəzi Bankının Sentyabr iclası keçiriləcək. "Marja" xəbər verir ki, iclasda faizin artırılacağı gözlənilir.
Bazarlar faizin 4,25 bənd artırılaraq 17,75%-dən 22%-ə qaldırılacağını gözləyir. Hazırda Türkiyə Mərkəzi Bankının rəsmi bir həftəlik repo faizi 17,75% olsa da, maliyyələşmə 19.25%-dən həyata keçirilir. Bu səbəbdən xalis faiz artımının 2,75 bənd olacağı gözlənilir.
Bir çox analitiklər faizin 4-5 bənd artırılacağını gözləyir. Proqnozlar 10 bəndə kimi çıxır.
Ən pis ssenari Mərkəzi Bankın faiz artırmamasıdır.
Türkiyədə hesab edirlər ki, Mərkəzi Bank faizi artıracaqdır, amma nisbət yüksək olmayacaqdır. Mərkəzi Bank müstəqil olsa da, reallıqda "Sarayın" əmrlərini yerinə yetirir. Ərdoğan və məsləhətçiləri yüksək faizə qarşı olduqlarından Mərkəzi Bank müstəqil qərar qəbul edə bilmir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müstəqil analitiklər qeyd edirlər ki, yüksək və ya aşağı faiz bəndində olmasından asılı olmayaraq faizin artırılması çıxış yolu deyil. Əgər, ölkə ciddi qənaət tədbirləri görməsə, hökumət Mərkəzi Banka müdaxiləyə son qoymasa və Prezident Rəcəb Tayyib Ərdoğan Qərbi hədələməyi dayandırmasa Lirənin ucuzlaşması davam edəcəkdir. Analitiklərin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ABŞ ilə barışmağa məcburdur. Əks halda yüksələn məzənnə və faizlər ilə ölkədə şirkət iflasları artacaq və seçicilər işlərini itirəcəklər. Ərdoğan seçicilərini itirməmək üçün özünü dəyişdirərək ABŞ ilə barışmaq yolunu seçəcəkdir. Əgər bu ssenari reallaşarsa Dolların 5,5 lirəyə düşəcəyi gözlənilir. Əksinə, ölkə xərclərini ciddi şəkildə azaltmasa, Ərdoğan ABŞ və qlobal maliyyə təşkilatları ilə düşmənçiliyi davam etdirərsə Dolların yenidən 7 lirəni keçəcəyi bildirilir.
Türkiyə büdcə və cari kəsirini (idxalı ixracını üstələyir) azaltmaq üçün “kəmər sıxmaq” məcburiyyətindədir. Qənaət tədbirləri həyata keçirilmədiyindən Dollara tələb yüksək olaraq qalır.
İnvestorların Türkiyədə Mərkəzi Bankının və məhkəmlərin müstəqilliyinə şübhə etmələri də Lirə üzərində təzyiqdir. Prezident idarə üsulu xarici investorları hürkütdüyündən ölkəyə valyutanın daxil olması azalıb. İnvestorlar Prezident və köməkçilərinin iqtisadiyyata yerli-yersiz müdaxilə etməyəcəklərindən əmin olmaq istəyirlər.
Qısası Türkiyədə vəziyyət mürəkkəbdir və analitiklər yaranmış vəziyyəti “pişiyin quyruğunu qovmasına” bənzədirlər.
Bir çox iqtisadçı hesab edir ki, 13 Sentyabr Türk Lirəsi üçün "böyük" gün olacaqdır. Onlara görə, Mərkəzi Bank faiz artırmaqla bazarları rahatlaşdıracaqdır və Lirənin bahalaşmasına səbəb olacaqdır.
Qeyd edək ki, xeyli müddətdir Türkiyə Mərkəzi Bankının faiz artıracağı böyük ehtimalla gözlənirdi və bu ehtimal artıq məzənnədə əks olunub. Dollar/TL məzənnəsi 6.70 səviyyələrindən 6.34 səviyyələrinədək düşüb. Önəmli olan Mərkəzi Bankın faizi nə qədər artırması olacaqdır. Əgər Türkiyə Mərkəzi Bankı faizi proqnozdan (4,25 bənddən) yüksək rəqəmlərdə artırarsa Türk Lirəsi bir qədər də dəyər qazana bilər. Əks halda Türk Lirəsinin ucuzlaşacağı ehtimalı yüksəkdir.
Türkiyə Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaqdır.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 07:30-da Dollar 6.34 lirəyə bərabər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















