İri aqroparkda heyvanların sayı 2600-ə çatıb - SÜD İSTEHSALI ARTIB
"Yalama Aqropark"ın heyvandarlıq təsərrüfatı saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir.
“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev "Marja"ya bildirdi ki, heyvandarlıq təsərrüfatında Avstriya və Almaniyadan gətirilmiş 1113 baş simmental cins inəklərdən balalar alınmış və hazırda təsərrüfatımızda cəmi heyvan sayı 2600 başa bərabərdir:
"Artıq gətirilmiş cins heyvanlardan 3-cü balalar alınmağa başlanılmışdır. 2018-ci ilin ilk 9 ayı ərzində 82 düyədən ilk balalar alınmış və ilin sonuna qədər bu rəqəmin 250-ə çatması planlaşdırılır. Bununla da sürü üzrə sağmal inək sayının artmasını və təsərrüfata kənardan heyvan alışının dayandırmasını təmin ediləcəkdir. Heyvan sayının artırılması ilə yanaşı heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq üçün işlərimizi davam etdiririk. Təsərrüfatda buzov itkilərinin 3% və inək itkilərinin 2% həcmindədir ki, bu da dünya üzrə heyvandarlıq sahəsi üzrə qabaqcıl nəticə hesab edilir. Heyvandarlıq təsərrüfatında orta məhsuldarlıq 23-24 litrdir".
500 TON ARTIQ SÜD İSTEHSAL OLUNUB
Zaur Əliyev əlavə etdi ki, hal-hazırda heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 16 tona bərabərdir: "2018-ci il ərzində 5800 ton süd və 255 ton diri çəkidə ət istehsal proqnozlaşdırılır. İlin ilk 8 ayı ərzində 3700 ton süd istehsal edilmişdir ki, bu keçən il ilə müqayisədə 500 ton artıqdır. Ümumilikdə 2018-ci il süd istehsalında 1000 ton artıma nail olunması nəzərdə tutulmuşdur".
SÜD EMALI ZAVODU TİKİLƏCƏK
Zaur Əliyev qeyd etdi ki, 2018-ci ilin ilk yarısında süd satışı bazarında olan çətinliklər süd emalı zavodunun tikintisi layihəsini daha da aktuallaşdırmışdır: "Hazırda emal gücü 50 ton olan süd emalı zavodunun qurulması üçün texniki-iqtisadi əsaslandırma (feasibilty study) işləri aparılır. Bu məqsəd üçün Türkiyə Respublikasında bir neçə müəssisə və istehsalçılara səfər edilmişdir. Texnoloji planlaşdırma işlərini tamamlamaq üçün növbəti ay Almaniya Respublikasından mütəxəssis dəvət edilmiş və texnoloji planlama işlərinin tamamlanması nəzərdə tutulmuşdur. Həmçinin paralel bazar araşdırması davam edir. Aparılan araşdırmalar nəticəsində növbəti il üçün emal zavodunun qurulması üzrə investisiya qərarı veriləcəkdir".
“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyevin "Marja"ya geniş müsahibəsini buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























