“Azərsu” təcili Beynəlxalq Bankın kredini geri qaytarıb - 8 İL TEZ BAĞLANIB
31 Dekabr 2017-ci il tarixində “Azərsu” ASC-nin faiz hesablanan kreditlər və borc öhdəlikləri 238 milyon 805 min manat təşkil edib. “Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il kreditlər və borc öhdəlikləri 183 milyon 124 min manat və ya 43,4% azalıb.
Ötən ilin sonuna qalıq faiz hesablanan kreditlər və borc öhdəliklərinin 167 milyon 268 min manatın beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən dövlət kreditləri, 71 milyon 466 min manatı Maliyyə Nazirliyindən dövlət kreditləri, 71 min manatı yerli banklardan (Azərbaycan Beynəlxalq Bankı) kreditlər təşkil edib.
Ötən il “Azərsu”yun faiz hesablanan kreditlər və borc öhdəliklərinin kəskin azalmasının səbəbi ASC-nin Beynəlxalq Bankdan aldığı kreditin qalıq hissəsinin 215 milyon 556 min manatını bağlamasıdır.
“15 iyul 2016-cı il tarixində Qrup Azərbaycan Respublikasının Beynəlxalq Bankı ilə faiz dərəcəsi illik 1% olmaqla 239 milyon 720 min manat məbləğində dövlət zəmanəti əsasında kredit razılaşmasını imzalamışdır. 31 dekabr 2016-cı il tarixinə “Azərsu” cari infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün bu kreditin tam məbləğində vəsait yönəltmişdir. Nazirlər Kabinetinin 14 mart 2017-ci tarixli 201S saylı sərəncamına əsasən kredit Təminat Fondu hesabına bağlanmışdır. 31 dekabr 2017-ci il tarixinə kredit üzrə 71 min manat məbləğində ödənilməmiş yığılmış faiz qalığı mövcuddur”,- Hesabatda deyilir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Beynəlxalq Bank “Azərsu”ya krediti 2025-ci ilin iyul ayınadək müddətə ayırmışdı. Göründüyü kimi, kredit vaxtından 8 il tez bağlanıb.
Qeyd edək ki, “Azərsu” kreditləri Dünya Bankı, KfW, Natixis, Asiya İnkişaf Bankı (AİB ) və Azərbaycan Beynəlxalq Bankından (ABB) cəlb edib. Dünya Bankı və KfW –dən kredit illik 0.75%-lə, Natixis-dən illik 2.45%-lə, AİB-dən 2.5%-lə, ABB-dən isə 1%-lə cəlb edilib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















