Azərbaycan üzrə yeni strategiya hazırlayacaq
Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını planlaşdırır.
Bunu bankın baş ofisindən bildiriblər.
Bank nümayəndəsi bildirib ki, Azərbaycan üzrə yeni strategiyanın hazırlanması QDTİB-in ümumi strategiyası yekunlaşdırıldıqdan sonra başlanacaq:
"Cari ilin iyulun ayının ortalarından bankda rəhbərliyinin planlı rotasiyası keçirilir. İyulun 16-dan QDTİB-in yeni prezidenti - Rusiyadan Dmitri Pankin və bank məsələləri üzrə yeni vitse-prezident - Türkiyədə Həsən Dəmirxan fəaliyyətə başlayıblar. Sentyabrda biz maliyyə məsələləri üzrə Ukraynadan yeni vitse-prezidentin gəlməsini gözləyirik. Hazırda QDTİB-in 2019-2022-ci illər üçün bütün üzv ölkələrin hakimiyyətləri ilə razılaşdırılacaq yeni strategiyasını hazırlayırıq. Məhz bu yeni ümumi strategiya əsasında bank, Azərbaycan daxil olmaqla, ayrı-ayrı ölkələr üzrə strategiyalar qəbul edəcək".
Mənbə həmçinin qeyd edib ki, bunula əlaqədar olaraq, bankın yeni rəhbərliyi cari ilin sonuna qədər Bakıya gəlməyi planlaşdırır
QTİB Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Ermənistan, Rumıniya, Türkiyə, Ukrayna və Rusiya tərəfindən təsis edilmişdir. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. Bankın səhmdar kapitalında Azərbaycanın payı 5 faizdir və ölkə QDTİB-nin yeddinci böyük səhmdarıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















