Əliyev və Merkel iş adamları ilə görüşdü

Avqustun 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.
Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli xanım Kansler, hörmətli qonaqlar,
Sizi bir daha salamlayıram, bu gün biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq, bir çox məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq müzakirə olundu. Bu gün biz iş adamlarının iştirakı ilə görüşümüzü davam etdiririk. Qeyd etməliyəm ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq.
Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.
Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaqdır.
Beləliklə, Sizi bir daha salamlayıram və əminəm ki, səfərinizin son hissəsi də uğurlu keçəcək.
XXX
Almaniya Kansleri Angela MERKEL çıxış edərək dedi:
- Biz bu gün ikitərəfli münasibətlər haqqında intensiv fikir mübadiləsi apardıq. Eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq.
Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Bu binadan da gördüyümüz kimi, Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var.
Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik.
Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər. Mən çox şadam ki, yaranmış bu imkandan istifadə edib sizi dinləyə biləcəyik. Biz istəyirik ki, iqtisadiyyat nümayəndələri çıxış etsinlər, öz fikirlərini bildirsinlər. Nə qədər konkret danışılsa, alman iqtisadiyyatından nümayəndələr bir o qədər çox söz deyə bilərlər. Burada İqtisadiyyat Nazirliyindən dövlət katibi iştirak edir. Nazir müavini və o, Azərbaycan tərəfindən deyilənləri qeyd edərək Almaniya tərəfindən görüləsi işlər haqqında fikirlərini sonra paylaşacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
13 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
13 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
14 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
14 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
14 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
