"Eyni qidalar başqa masalara da təqdim olunmuşdu" “TONQAL”-DAN AÇIQLAMA
“Tonqal” restoranı avqsutun 11-də baş vermiş zəhərlənmə faktına münasibət bildirib.
Restorandan bildirilib ki, avqustun 11-də “Tonqal” restoranında zəhərlənmə şübhəsi ilə 13 nəfər xəstəxanaya müraciət edib. Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb və ilkin məlumata görə, zəhərlənməyə ət və ət məhsullarından hazırlanan qidalar səbəb olub:
“Nəzərinizə çatdırırıq ki, “Tonqal” restoranı ət kəsimi ilə məşğul olmur və ət məhsullarını təchizatçılardan alır. Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qanunsuz ət kəsiminə qarşı mübarizə aparır və bu tədbirlər tərəfimizdən dəstəklənir. Hesab edirik ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi restoranlar və digər iaşə obyektləri üçün də vacibdir. İnanırıq ki, bu sahədə görülən tədbirlər istehlakçıların sağlam qida ilə təminatında mühüm rol oynayacaq”.
Restorandan deyilib ki, avqustun 11-i şənbə günü olduğundan, restoranda müştərilərin sayı çox olub və zəhərlənmə şübhəsi ilə xəstəxanaya yalnız iki masada əyləşmiş müştərilər müraciət edib. Halbuki, eyni ət və ət məhsullarından hazırlanmış qidalar başqa masalara da təqdim olunub: “Hazırda həm bizim özümüz, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar davam etdirilir. Əhalini, xüsusilə, KİV nümayəndələrini yalnız rəsmi məlumatlara etibar etməyə, yaranmış vəziyyətdən istifadə edərək şayiələr yaymağa çalışan şəxslərə istinad etməməyə çağırırıq”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Real
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















