"Ofisait" mağazalar şəbəkəsi yarışma keçirəcək
(®) "Ofisait" mağazalar şəbəkəsi “İnşaatçılar” filialında uşaqlar arasında “Xəyallarını Xəmirdən Qur!” adlı yarışma keçirəcəkdir.
"Ofisait" mağazasında məktəblilər arasında yarışmanın keçirilməsində əsas məqsəd övladınıza oyun xəmirlərindən istifadə edərək özünü ifadə etmək şansı verməkdir. Bununla da övladınız həm əylənəcək, həm də bir-birindən gözəl hədiyyələr qazanmaq şansı əldə edəcək.
Yarışma 17 avqust tarixində, saat 11:00-14:00-da keçiriləcəkdir. 3 hissə halında həyata keçirilməsi nəzərdə tutulan yarışmada, uşaqlar onlara verilən oyun xəmirləri ilə seçdikləri kartda yazılan fiquru müəyyən vaxt ərzində hazırlamağa çalışacaqdır.
Yarışmada iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi mütləqdir.
Qeydiyyat linki: https://goo.gl/forms/QdQdPqMeEDJiGFJk1
15 Avqust 2018-ci il tarixində qeydiyyatdan keçmiş məktəblilərlə əlaqə saxlanılıb, ətraflı məlumat veriləcəkdir. Qeyd edək ki, layihədə iştirak haqqı yoxdur. Yarış iştirakçılarına ödənişsiz çay və su fasiləsi olacaqdır. İştirakçılara isə OYALPlus’dan müxtəlif hədiyyələr veriləcəkdir.
Layihə və qeydiyyat ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.
Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir. Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















