Üzən məzənnəyə keçmək üçün 2 şərt
“Üzən məzənnəyə keçid istiqamətində işlər görülür, bizim aydın və iddialı planımız var”.
“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dünyada sərbəst üzən məzənnə rejimində olan ölkələr azdır. Üzən məzənnənin bu və ya digər variantlarından istifadə edirlər. Dünya ölkələri tərəfindən sərt və ya yumuşaq idarə olunan məzənnə rejimləri tətbiq olunur.
Elman Rüstəmov qeyd edib ki, üzən məzənnəyə keçid üçün iki şərt yerinə yetirilməlidir: ixrac ciddi şaxələndirilməli və çoxlu valyuta satıcılarının olduğu valyuta bazarı formalaşmalıdır:
"Birinci icrac şaxələnməlidir, Azərbaycana valyuta gətirən subyektlərin sayı artmalıdır. Hazırda bazarda valyutaya ciddi tələbi olan idxalçılar var, amma onun qarşısında kifayət qədər satıcılar yoxdur. Üzən məzənnə bazar məzənnəsidir. Məzənnə bazarda tələb və təklifin nisbətilə formalaşır. Mərkəzi Bank hansısa fundamental amillərə əsaslanmayan kənarlaşma olan zaman qarışır və oz intervensiyası (xarici valyutanın alınması və yaxud satılması) vasitəsilə bu prosesi yumuşaldır. Amma, əsasən məzənnə sərbəs bazarda formalaşır. Üzən məzənnəyə keçmək üçün liberal və şaxələndirilmiş valyuta bazarı formalaşmalıdır. İxracın şaxləndirilməsi və qeyri-neft ixracının artırılması üçün dövlətin ambisiyalı planları var və böyük təşviq işləri görülür. Biz ümid edirik ki, bu tədbirlər ilə orta müddətli dövrdə şaxələnmiş ixraca əsaslanan valyuta bazarı yaranacaqdır. Həmçinin digər bir sıra tədbirlərin də reallaşdırılması ilə orta müddətli dövrdə üzən məzənnə rejiminə keçə bilərik".
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 6 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 52 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası























