Havanın temperaturuna uyğun endirimlər - ƏMLAKI UCUZ SIĞORTALAMAQ FÜRSƏTİ

PAŞA Sığorta əmlakını sığortalamaq istəyənləri yeni kampaniya ilə sevindirməyə tələsir. Artıq hər günün temperaturuna uyğun olaraq endirimli qiymətlərlə əmlakınızı sığortalaya biləcəksiniz.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, http://eco.gov.az/az/68-hava-proqnozlari-burosu mənbəyinə istinad edərək sığorta haqqına gündəlik hava temperaturuna uyğun endirim tətbiq olunacaq. Evlərini sığortalamaq istəyənlər bu fürsətdən istifadə edərək ilin ən sərfəli təklifindən yararlana bilərlər.
"Qeyd etmək istərdik ki, evinizin sığorta haqqı yerləşdiyi ərazi, sahəsi, bazar və ya bərpa dəyəri, istifadə məqsədindən asılıdır. Məsələn 100 000 AZN dəyərində olan bir mənzilin sığorta haqqı 240 AZN edir və bu kampaniya ilə əgər sizin müraciət etdiyiniz gün temperatur 35 dərəcə göstərirsə, sizin sığorta haqqınız 156 AZN olacaq. Siz ödənişi həmçinin hissəvi şəkildə ödəyə bilərsiniz. Bu endirim yalnız mənzil və fərdi yaşayış evlərinin könüllü əmlak sığortası məhsuluna şamil olunur"- PAŞA Sığortanın məlumatında deyilir.
PAŞA Sığorta sizi əmlakınızı sığortalamağa çağırır, çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlakımız tutur.
Qeyd edək ki, kampaniya sentyabrın 15-ə kimi keçərlidir.
PAŞA Sığorta hal hazırda avtomobilini sığortalamaq istəyənlər üçün də xüsusi kampaniya təklif edir.
Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN dəyərində xüsusi hədiyyə kartına sahib olaraq şəhərin ən tanınmış çimərlik komplekslərindən sayılan “Amburan Beach Club”da istirahət imkanı qazanacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində kartlar təqdim ediləcək. Sözügedən kartlar vasitəsilə “Amburan Beach Club” istirahət kompleksinin və onun ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin xidmətlərindən faydalanmaq mümkündür.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
8 d. əvvəl
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
-
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
55 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Çin ardıcıl 11-ci aydır qızıl alır

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
Ən çox oxunanlar

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı
