İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yaxın 2 gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. "Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik", - ETSN-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




