Unibank-ın son maliyyə vəziyyəti - RƏQƏMLƏR
“Unibank” ASC ehtiyatlardan 22 milyon 651 min manat azad olması hesabına 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə başa vurub. Ehtiyatların azad olması gecikmədə olan kreditlərin ödənildiyinə işarədir.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə Unibankın cəmi gəlirləri 30 milyon 615 min manat o cümlədən, faiz gəlirləri 21 milyon 372 min manat, qeyri-faiz gəlirləri 9 milyon 243 min manat təşkil edib.
"Unibank"ın 30 milyon 615 min manat gəlirinə qarşı xərcləri 38 milyon 626 min manat təşkil edib. Nəticədə bankın 8 milyon 11 min manat xalis əməliyyat zərəri yaranıb. Lakin kredit və depozit itkilərini qarşılamaq üçün yaradılmış ehtiyatdan 22 milyon 651 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də Unibankın 14 milyon 639 min manat xalis mənfəət əldə etməsini təmin edib.
2017-ci ilin birinci yarısında "Unibank" 40 milyon 9 min manat faiz gəliri əldə etmiş, qeyri-faiz gəlirləri üzrə 1 milyon 671 min manat zərər etmişdi (Cəmi gəlirlər 39 milyon 848 min manat). Bank həmin dövrü 760 min manat xalis mənfəətlə bağlamışdı.
2017-ci ilin birinci yarısı ilə müqayisədə 2018-ci ilin birinci yarısında "Unibank"ın cəmi gəlirləri 23,2% azalıb. Gəlirlərin azalması ilə bərabər xərclər 6% artıb (Ötən ilin birinci yarısında 36 milyon 524 min manat, 2018-ci ilin birinci yarısında 38 milyon 626 min manat). Gəlirlərin azalması və xərclərin artması "Unibank"ın əməliyyat zərərinin yaranmasına səbəb olub.
“Unibank” ASC 2017-ci ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK BÖYÜMƏYƏ BAŞLAYIB
30 İyun 2018-ci il tarixində "Unibank" 621 milyon 245 min manat cəmi aktivlərə, 543 milyon 63 min manat cəmi öhdəliklərə və 63 milyon 352 min manat cəmi kapitala malik olub. 31 Dekabr 2017-ci il tarixində Unibank 601 milyon 841 min manat cəmi aktivlərə, 538 milyon 419 min manat cəmi öhdəliklərə, 63 milyon 422 min manat cəmi balans kapitalına malik idi. Aktivlərin artmasının səbəbi kreditlərin artçmasıdır.
Yeni kreditlərin artması Bankın gələcəkdə gəlirlərinin artacağına işarədir. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 18,4% və ya 51 milyon 564 min manat artaraq 331 milyon 650 min manata qalxıb. 2017-ci ilin sonunda Bankın müştərilərə verdiyi cəmi kreditlər 280 milyon 86 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
11 d. əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
- 20 d. əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
1 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanda 5 bankın hər birinin problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























