Bakıda xüsusi texniki vasitələr quraşdırılacaq - FOTO VƏ VİDEO QEYDİYYAT APARILACAQ
Yol Polisinin səlahiyyəti əlindən alındı, Bakı Nəqliyyat Agentliyinə verildi
Bakıda parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr quraşdırılacaq.
"Marja" xəbər verir ki, bu gün Prezident İlham Əliyev imzaladığı Fərman ilə Bakı Nəqliyyat Agentliyinə tapşırıq verib.
Həmin xüsusi texniki vasitələr Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunacaq.
Bundan sonra, dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması xidmətini Yol Polisi deyil, Bakı Nəqliyyat Agentliyi təşkil edəcək və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edəcək.
Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası da bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Həmçinin Bakı Nəqliyyat Agentliyi yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilir.
Nizamnaməsinə dəyişikliklər edilərək Bakı Nəqliyyat Agentliyinə aşağıdakı səlahiyyətlər də verilir:
-parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür;
-piyada-yol infrastrukturunun təşkilində iştirak edir, nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), dayanacaq məntəqələrinin, parklanma yerlərinin, habelə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin, səkilərin, səkilərdə pandusların, sədlərin və digər texniki vasitələrin layihələndirilməsini, tikilməsini (quraşdırılmasını), təmirini, yenidən qurulmasını, saxlanılmasını və onların vəziyyətinə nəzarəti həyata keçirir;
-öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) idarə edir və Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının) layihələndirilməsini, tikilməsini və vəziyyətinə nəzarəti həyata keçirir,
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
-dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil edir və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edir,
-ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətləri yerinə yetirən sürücülərin qeydiyyatını aparır və müvafiq sürücü məlumat bazasını yaradır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)












