Yeni və müasir avtovağzal
Göyçay rayonunda yeni müasir avtovağzal binasının inşası başa çatıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı köhnə və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində müasir bina inşa edilib.
Rayon icra hakimiyyətinin sifarişi ilə 5500 kvadratmetr ərazidə aparılan tikinti işlərinə 8 ay əvvəl başlanılıb. Hörgü işlərindən sonra avtovağzalın inzibati binasında və perronda təmir və quraşdırma işləri görülüb. Müasir arxitektura üslubunda inşa olunan yeni avtovağzalın inzibati binasında və eyni vaxtda 30 avtobusun dayanması üçün tikilən perronda nümunəvi xidmət üçün hər cür şərait yaradılıb. Perronda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılıb.
Göyçay şəhərinə yeni görkəm verən bina ən müasir şəraiti ilə rayona gələn qonaqların zövqünü oxşayacaq. Avtovağzal kompleksində xidməti otaqlarla yanaşı, sərnişinlərin rahatlığı üçün gözləmə zalı, ictimai-iaşə obyekti, tibb məntəqəsi, ana və uşaq otağı, ibadət otağı fəaliyyət göstərəcək. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa ediləcək, yaşıllıq sahəsi yaradılacaq. Gələcəkdə avtovağzalın ərazisində otel də inşa ediləcək. Hazırda avtovağzalın həyətinə asfalt örtüyü döşənir, son tamamlama işləri görülür. Avtovağzalın iyulun 15-dək istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Göyçay avtovağzalından Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və digər rayonlar istiqamətində, eləcə də Göyçayın kəndlərinə hər gün 60-a yaxın sərnişin avtobusu yola düşür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







