Yüksək komission haqqı verən sığorta şirkətinə ciddi sanskiyalar tətbiq ediləcək
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (ISB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib.
Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov, eləcə də “Atəşgah Sığorta, “AtaSığorta”, “AzSığorta”, “AXA MBASK”, “Qala Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta, “Meqa Sığorta”, “Paşa Sığorta”, “Standard Sığorta” ASC-lərinin rəhbər şəxsləri iştirak edib.
Görüş zamanı İcbari Sığorta Bürosunun elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparılıb.
Görüşün ən əsas hissəsini isə sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair müzakirələr təşkil edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Birliyin sədri Mustafa Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin də nümayəndələrinin iştirakı ilə Birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alınıb.
Bildirilib ki, qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























