Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycana gələcək
Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub.
Energetika Nazirliyindən verilən məlumata görə, söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Fatih Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib. Energetika naziri Pərviz Şahbazov Agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqmətlərinin müəyyənləşdirilməsi məqsədilə belə bir səfərin vacibliyini qeyd edib.
Vaşinqtonda UNİPER şirkətinin baş icraçı direktoru Klaus Şaferlə də görüş baş tutub. Azərbaycanı UNİPER-in əsas tərəfdaşlarından biri hesab edən Klaus Şafer birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib. Energetika naziri UNİPER ilə mövcud əməkdaşlığın genişləndirilməsi baxımından təcrübə mübadiləsi, enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstək, Abşeronda qazpaylayıcı şəbəkənin yenidənqurulması kimi potensial istiqamətləri diqqətə çatdırıb. Görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafına dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















