Pambıqçıların zəhərlənməsinə görə vəzifəli şəxslər həbs olunub
Son günlər Saatlı, Tərtər, İmişli, Yevlax rayonlarındakı pambıq sahələrində yüzlərlə pambıqçının zəhərlənməsi faktı ölkədə böyük səs-küyə səbəb olub. Məlumata görə, zəhərlənmə faktlarına görə artıq həbslər də başlayıb.
Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluq tərəfindən Saatlı rayonundakı pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Məlumatda kütləvi zəhərlənmə hallarının məmur biganəliyi və şirkətlərin özbaşınalığı nəticəsində baş verdiyi bildirilir.
Məlumata görə, Respublika Bitki Mühafizə Mərkəzinin İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov, “MKT-İK” MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay Vəliyev, “CTS-AGRO” MMC-nin Saatlı rayon Pambıq Zavodunun aqronomu Gülməmməd Qoçuyev açılan ciyanət işi ilə əlaqədar saxlanılıb.
“MKT-İK” MMC-dən Maarif Quliyev və Surxay Vəliyevin həbsini təsdiqləyiblər. Bilidirilib ki, onlar barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, iyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini "Kimyəvi dərman zəhərlənməsi" diaqnozu ilə xəstəxanaya aparılıb.
"Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb. Zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib", deyə rəsmi məlumatda bildirilirdi.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma- ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb. İş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb













.jpg)










