Depozit və not hərracı banklar üçün sərfəli olaraq qalacaq - QƏRAR
Mərkəzi Bankın depozit və not hərracı banklar üçün sərfəli olaraq qalacaqdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 İyun 2018-ci il tarixində uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib (aşağı həddi 8%, yuxarı həddi 12%).
Bundan əvvəl, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə (əvvəlki 11%-ə) simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi (aşağı həddi 8%, yuxarı həddi 14%).
Faiz dərəcəsinin aşağı salınması ilə bərabər, diapazon göstəricisinin də aşağı salınması faiz dərəcəsinin aşağı həddini dəyişmir.
"Marja" xəbər verir ki, bu gün Mərkəzi Bankın uçot dərəcəsini 11%-dən 10%-ə endirməsi, depozit və not hərraclarında faizin 8,1%-10,99% aralığından 8,1%-9,99% aralığına düşəcəyi deməkdir. Çünki depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Uçot dərəcəsinin endirilməsilə faiz dərəcəsinin aşağı həddi.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək gəlir götürürlər. Hərraclarda tələb təklifi ən azı 2 dəfə üstələyir. Bankların tələbi Mərkəzi Bankın elan etdiyi təklifdən çox olduğundan hərraclarda faiz dərəcəsi aralığın aşağı səviyyəsində - 8,01% təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















