Uber Azərbaycan üzrə direktor təyin etdi
"Uber" şirkəti Ataman İnce-nin Uber-in Azərbaycan üzrə regional direktoru təyin olunduğunu elan edib.
Bu barədə "Marja"ya şirkətdən bildirilib.
Bu postda İnce, "Uber" brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq.
"Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və İnce bəyin regionda qarşısında duran yeni məqsədlərin məntiqi nəticəsidir. Uber-in Azərbaycanda regional direktoru bilavasitə Uber ML B.V. şirkətində Uber-in maraqlarını qoruyan direktorlar şurasına tabedir",- şirkətin məlumatında deyilir.
Regional direktor təyin edilməmişdən öncə, İnce bəy 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafkaz ölkələrində servisin işinə cavabdeh olub. Onun məsuliyyətlərinə şirkətin yeni bazarlara daxil olma strategiyası, biznesin qurulması və biznes şöbələrinin idarəsi daxil idi. Ataman İnce magistr dərəcəsini Parisin Essec biznes-məktəbində və MBA dərəcəsini Queens biznes-məktəbində (Kanada) alıb.
Beynəlxalq texnolojgiya şirkəti Uber eyni adlı sürücü sifarişi üçün mobil tətbiqin yaradıcısıdır. Uber-in missiyası şəhər daxilində hərəkəti bütün sakinlər üçün sadə, etibarlı və əlçatan etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
27 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur


























