Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Nikoil Bank"ın səhmdarlarının növbədən kənar yığıncağının vaxtı dəyişdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nikoil Bank"ın səhmdarlarının növbədən kənar yığıncağının vaxtı dəyişdirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nikoil Bank” ASC-nin səhmdarlarının fevralın 8-ə Londonda (Birləşmiş Krallıq), Pikadili küçəsi, 21 ünvanındakı “Le Méridien Piccadilly” hotelində keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağı təxirə salınıb. 

 

Məlumata görə, yığıncaq fevralın 20-də adı çəkilən ünvanda baş tutacaq. 

 

Yığıncağın gündəliyinə “Nikoil Bank”ın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, Komitə üzvlərinin mükafatlandırılmasının və Bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələləri daxildir.

 

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

 

Report

06.02.2017 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18