Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Müşahidə Şurasının iclası keçirilib.
Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, eləcə də, Birliyin Müşahidə Şurasının üzvü olan “A-Qroup Sığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov, “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev, “AzərSığorta” Dövlət Sığorta və Kommersiya Şirkətinin Baş müşaviri Vüqar Babakişiyev, “AzRe Təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev, “İpək Yolu Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyazi İmanov, “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva və “Paşa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirak edib.
Birliyin sədri Mustafa Abbasbəyli Birliyin fəaliyyəti barədə Müşahidə Şurasının üzvlərini məlumatlandırıb.
Bildirilib ki, Birliyin 2018-ci ilin ilk 5 ayı ərzində 79 fərqli tədbir icra edilib. Bunlar arasında, Birliyin ümumi yığıncağının, Müşahidə Şurasının, Komitələrinin və müxtəlif işçi qruplarının iclasları, Dövlət və kommersiya qurumları, habelə digər sahələri təmsil edən Assosiasiyalarla iki və çoxtərəfli görüşlər, müvafiq dövlət orqanları ilə təmaslar və çox sayda təkliflərin göndərilməsi və digər bu kimi tədbirlər yer almaqdadır.
Bundan əlavə Birliyin gələcək planları üzvlər arasında geniş şəkildə müzakirə edilib. Daha sonra Birliyin sədrinin təqdimatı əsasında Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlının namizədliyi Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Maliyyə sərgisi keçirilməsinə dair Müşahidə Şurasının üzvləri arasında müzakirələr aparılıb.
Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















