2017-ci ildə Dövlət İnvestisiya Proqramı 88% icra olunub
2017-ci ildə Dövlət İnvestisiya Proqramı (DİP) üzrə layihələrin həyata keçirilməsi üçün vəsaitin məbləği 5 mlrd. 728 mln. 836,4 min manat təşkil edib. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.
"2017-ci ildə Dövlət İnvestisiya Proqramı üzrə layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan 6 mlrd. 500 mln. 75,8 min manat vəsaitə qarşı 5 mlrd. 728 mln. 836,4 min manat (88,1%) vəsait istifadə olunub”, - deyə məlumatda bildirilir.
Dövlət əsaslı vəsait qoyuluşu 2 mlrd. 689 mln. 301,6 min manat (99,9% istifadə olunub), beynəlxalq maliyyə institutları, xarici bankların kreditləri 1 mlrd. 604 mln. 857,6 min manat (94%), Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitləri 188 mln. 185,7 min manat (99,7%), Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitləri 298 mln. 591,5 min manat (98,7%), Dövlət Neft Fondunun vəsaitləri 947,9 mln. manat (58,9%) təşkil edib.
Ötən il Dövlət İnvestisiya Proqramının vəsaitlərindən infrastruktur layihələrinin həyata keçirilməsinə 4 mlrd. 111,1 mln. manat, sosial layihələrin həyata keçirilməsinə 768 mln. manat, qalan məbləğ isə digər layihələrə yönəldilib.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























