30 ailə üçün istixana qurulacaq və 150 arı təsərrüfatı yaradılacaq
Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir.
Nazirlikdən "Marja"ya verilən məlumata görə, reallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq məqsədilə iyunun 4-də Cocuq Mərcanlıda tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri və Cocuq Mərcanlı sakinləri iştirak ediblər.
TİKA-nın Bakı Proqram Kordinatoru Adəm Urfa istixana və arıçılıq sahələrini əhatə edən birgə layihələr barədə tədbir iştirakşılarına ətraflı məlumat verərək bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulacaq və 15 ailə üçün 150 arı təsərrüfatı yaradılacaq. Birgə layihələr çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunacaq, bu layihələr üzrə seçilmiş sakinlərə tərəvəz yetişdirilməsi üçün şitillər, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar veriləcək, təlim və məsləhət xidməti göstəriləcəkdir. Eyni zamanda 15 arı təsərrüfatının hər biri 10 ədəd yeşiklə və 10 arı koloniyası ilə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası, yeşik altlığı və s.), müvafiq dərman vasitələri ilə təmin olunacaqdır. Bu iki layihə çərçivəsində ən azı 30 nəfərin məşğulluğunun, həmçinin minimum 30 ailənin sabit gəlirlə təmin olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)






.jpg)



