Özəlləşmə gözlənilən gəliri gətirməyib - 2 DƏFƏ AZ VƏSAİT DAXİL OLDU
2017-ci ildə özəlləşmədən dövlət büdcəsinə 106 milyon 462,9 min manat daxil olub. Bu isə həmin il üçün proqnozdan 1,9 dəfə azdır.
Bu barədə Azərbaycan Hesablama Palatasının hesabatında bildirilir.
2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrinə aid olan və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən özəlləşmədən daxilolmalar 2017-ci il üçün 200 milyon manat məbləğində nəzərdə tutulmuşdu. Özəlləşdirmədən daxilolmaların 106 milyon 462,9 min manat məbləğində icra edilməsi nəticəsində dövlət büdcəsinə 2017-ci il üçün nəzərdə tutulduğundan 93 milyon 537,1 min manat və ya 1,9 dəfə az vəsait daxil olub. 2017-ci ildə özəlləşdirmədən daxilolmalar 2016- cı ilin icrasından (31 milyon 231,6 min manat) 75 milyon 231,6 min manat və ya 3,4 dəfə, 2015-ci ilin icrasından (24 milyon 89,2 min manat) isə 82 milyon 373,7 min manat və ya 4,4 dəfə çox olub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2017-ci il ərzində özəlləşdirmədən daxilolmaların 23 milyon 471,9 min manatını kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərrac və birbaşa əmək kollektivinə satışından daxilolmalar, 289 min manatını investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından daxilolmalar, 369,4 min manatını Səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından daxilolmalar, 50 min manatını Birgə müəssisələrdə və banklarda nizamnamə kapitalında dövlət paylarının birbaşa satışından, hərrac və müsabiqələrdə satışından daxilolmalar, 82 milyon 242 min manatını özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























