AccessBank-ın tarixində bir ilk
"Ötən gün AccessBank-ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək".
Bu barədə "Marja"ya AccessBank-dan bildirilib.
Bankın məlumatında qeyd edilib ki, Anar Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb və baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.
Ölkənin ən təcrübəli bankirlərindən olan cənab Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A. Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib. Cənab Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub.
Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində “Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə maqistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.
Qeyd edək ki, AccessBank-ın fəaliyyəti boyunca ilk dəfə olaraq Müşahidə Şurası tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə yerli kadrın namizədliyi irəli sürülüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























