Zərər edən Uber 2019-da birjada satılacaq
Uber-in İcraçı direktoru Dara Khosrowshahi, 2019-da şirkətin səhmlərinin kütləvi satışı (İPO) üçün hazırlıqların problemsiz irəlilədiyini bildirib
Şəxsi avtomobil sahiblərinin mobil tətbiqi vasitəsilə taksiçilik etmələrinə imkan təmin edən Uber-in səhmlərinin ilkin kütləvi yerləşdirilməsinin (IPO) gələn il baş tutacağı bildirilib.
"Marja" xəbər verir ki, Uber-in İcraçı direktor Dara Khosrowshahi, CNBC-yə etdiyi açıqlamada, "2019-da İPO üçün hər şeyin yolunda olduğunu düşünürəm. Bir çox şey ola bilər, ancaq yaxşı bir mövqedə olduğumuzu hesab edirəm" deyib.
Khosrowshahi, şirkətin profilinin yaxşı bir mövqedə olduğuna diqqəti çəkərək, mənfəət marjasının daha yaxşı getməsini gözlədiyini ifadə edib.
Uber-dən verilən açıqlamada, bu ilin ilk rübündə şirkətin gəlirlərinin keçən ilin eyni dövrünə nisbətən 67 faiz artaraq 2,5 milyard dollara çatdığı qeyd edilib.
Ancaq açıqlamada, bu ilin ilk rübündə şirkətin 577 milyon dollar zərər etdiyi məlumatına da yer verilib.
Həmçinin Bloomberg-də yer alan xəbərə görə, dünyanın ən varlı 4-üncü şəxsi mövqeyində olan və 83,4 milyard dollar sərvəti olan Amerikalı milyarder sərmayəçi Uorren Buffettın bu ilin əvvəlində Uber-ə 3 milyard dollarlıq investisiya qoymağı planlaşdırdığı, ancaq bu müqavilənin reallaşmadığı bildirilib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Buffett, 2008 qlobal maliyyə böhranının əvvəlində ABŞ-ın ən böyük investisiya banklarından "Goldman Sachs"a 5 milyard dollarlıq investisiya etmiş və bunun nəticəsində 1,6 milyard dollarlıq gəlir əldə etmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























