İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq, mayın 26-sı axşama doğru, 27-si gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir. Mayın 27-si axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 26-da 24-29, dağlıq rayonlarda 14-17, mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Lakin mayın 27-də gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Mayın 27-si gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu mayın 26-sı 28-33, mayın 27-də isə 22-27 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu mayın 26-sı 25-30 dərəcə isti təşkil edəcək. Mayın 27-si səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)












