"Fermerlərə minimum 1000, maksimum 200 min manat kredit veriləcək"
Aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir.
Bu sözləri mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sahibkarlarla görüşündə xidmət rəisi Mirzə Əliyev deyib.
Xidmət rəisi qeyd edib ki, kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək qarşıda duran vəzifələrdən biridir.
Vurğulanıb ki, ilin sonunadək dövlət xidməti tərəfindən fermerlərə minimum 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Gələcəkdə daha böyük həcmdə kreditlərin verilməsi də planlaşdırılır. Faiz həddi maksimum 7% müəyyən olunub.
"Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 47 d. əvvəl
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub


























