FAİZLƏR ENDİ - Kreditləri 14%-dən əldə edə bilərsiniz
Adətən kredit almaq lazım olduqda banklar yada düşür. Əslində banklardan da aşağı faizlər və şərtlər ilə kredit təklif edən bank olmayan kredit təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlardan biri “TBC Kredit”dir.
“Marja” xəbər verir ki, bu yaxınlarda “TBC Kredit” faizləri endirib. Biznes kreditlərini 14%-dən, istehlak kreditlərini isə 19%-dən başlayaraq əldə etmək mümkündür.
“TBC Kredit”in diqqəti cəlb edən fəaiyyətlərindən biri kredit müraciətlərini həm də onlayn qəbul etməsi və 1 gün ərzində müraciətçiyə kredit ayırmasıdır. İstənilən şəxs http://calc.tbckredit.az ünvanına daxil olaraq saytdakı kredit kalkulyatoruna almaq istədiyi kreditin məbləğini və müddətini daxil edərək aylıq ödənişi və ödənilməli olan faizi öyrənə bilər. Kalkulyatorun altındakı “Onlayn müraciət et” bölməsi vasitəsilə təşkilata kredit sifarişi göndərmək mümkündür.
Rəsmi əmək haqqısı minimum 400 AZN olan və adında gecikmələr olmayan istənilən şəxs “TBC Kredit”ə müraciət edə bilər. Zamin bəzi hallarda tələb olunur.
“TBC Kredit” sərfəli kampaniyaları ilə də diqqəti cəlb edir. Təşkilat çoxsaylı xahişləri nəzərə alaraq “Kreditini bizə gətir və bizdən 5% aşağı götür!” kampaniyasının vaxtını uzadıb. Banklarda və digər təşkilatlarda krediti olanlar “TBC Kredit”ə müraciət edərək 5% aşağı faizlə kredit götürə bilərlər. “TBC Kredit”dən alınan kreditlə əvvəlki kreditinizi tamamilə bağlayaraq daha aşağı faizli kreditə keçmiş olursunuz.
“TBC Kredit” doğulduğu ayın istənilən günü kredit üçün müraciət edənlərə 1% endirim hədiyyə edir.
Təşkilatın digər bir kampaniyası “TBC Kredit”ə yeni müştəri gətir və cari kreditinə 4%-dək endirim qazan” kampaniyasıdır. Yəni, “TBC Kredit”dən kredit almış şəxslər tanışlarını, yaxınlarını və ya qohumlarını təşkilata yönəldərək özünün kredit faizinin aşağı düşməsinə nail ola bilərlər. Belə ki, gətirilən 1-ci yeni müştəri üçün 1%, 2-ci yeni müştəri üçün əlavə 1%, 3-cü yeni müştəri üçün isə əlavə 2% endirim təqdim edilir.
Daha ətraflı məlumat almaq üçün 012 598 22 12 və ya *2277 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
“TBC Kredit” - Azərbaycan bazarında 1999-cu ildən uğurla fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanda ipoteka kreditlərini ilk olaraq məhz “TBC Kredit” verməyə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 11 d. əvvəl
-
23 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 26 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək






















