AFBİA və İnvestAZ tələbələr üçün seminar keçirib
16 May 2018-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi, İnvestAZ İnvestisiya Şirkəti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə Maliyyə və İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr üçün seminar keçirilmişdir.
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasından "Marja"ya daxil olmuş məlumata görə, seminarda Assosiasiyanın İdarə Heyətinin Sədri Ceyhun İbrahimov çıxış edərək ölkəmizin maliyyə bazarları, mövcud investisiya imkanları və iqtisadiyyatda önəmləri barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra İnvestAZ İnvestisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov seminar iştirakçılarına Beynəlxalq Maliyyə bazarlarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat vermiş, gələcəyin maliyyəçilərinə dünya maliyyə bazarlarına onlayn çıxış imkanlarını izah etmişdir.
Həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyi tələbələrin maarifləndirilməsi istiqamətində göstərdikləri dəstəyə görə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi və İnvestAZ İnvestisiya Şirkətinə təşəkkür etmişdir. Bu cür seminarların gələcəyin iqtisadiyyatçıları üçün önəmini bir daha vurğulamışdır. Seminarın sonunda aktiv iştirak edən tələbələrə sertifikatlar verilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























