"AccessBank"ın dəstəyi ilə "UNEC Business Conversation Club" start götürüb
Bu gün UNEC-in "Maliyyə və mühasibat" fakültəsində "AccessBank"ın təşkilati dəstəyi ilə "UNEC Business Conversation Club"un ilk seminarı təşkil olunub.
"UNEC Business Conversation Club"da toplaşan tələbələr 5 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqamətini öyrənəcək.
Tədbiri giriş sözü ilə açan "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev UNEC ilə "AccessBank" arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib: "Çox sevindirici haldır ki, "AccessBank" ilə reallaşdırdığımız layihələrin sayı durmadan artır. Əminəm ki, qarşıda bizi daha çox maraqlı layihələr gözləyir. O ki qaldı "UNEC Business Conversation Club"a, bu layihədə iştirak edən hər bir tələbə özünü bir neçə istiqamətdə inkişaf etdirə biləcək. Maliyyə sahəsi üzrə ali təhsil alan və gələcəkdə bu sektorda çalışacaq şəxslər üçün ingilis dili biliyi olduqca vacibdir".
Ardınca layihənin açılışında iştirak edən "AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelusa söz verilib. A. Sabelus qeyd edib ki, "AccessBank" bu layihəyə dəstək verməkdən çox məmnundur: "UNEC Azərbaycanın bank-maliyyə sektoruna bir çox peşəkar kadr bəxş edib. "AccessBank"ın komandasında da kifayət qədər UNEC məzunu var. İnanıram ki, bu layihə tələbələrin biliklərinə bilik qatacaq. İngilis dilinə yiyələnmək zamanın tələbidir. Xüsusilə maliyyə sektorunda ingilis dili biliklərinə yiyələnmək əsas şərtlərdən biridir. İqtisadi biliklərlə yanaşı, siz ingilis dilinə də yiyələnsəniz, necə deyərlər, artıq iş axtaran zaman bir deyil, iki addım öndə olacaqsınız. Bizim də məqsədimiz odur ki, bank-maliyyə sektoruna üz tutan gənclər kifayət qədər savadlı və peşəkar olsunlar".
"AccessBank"ın Korporativ Bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova bildirib ki, təmsil etdiyi bankla UNEC arasında sıx əməkdaşlıq mövcuddur: "Təkcə bu ilin əvvəlindən bankın dəstəyi ilə UNEC-də bir neçə tədbir keçirilib və onların hamısı uğurlu olub. Bundan əvvəlki görüşlərimizdə də qeyd etmişdim ki, bu il bankımızın korporativ sosial məsuliyyət siyasətinin ana xətti təhsil üzərində qurulub. Biz bu layihəyə "AccessBank"da çalışan və beynəlxalq təcrübəyə malik olan mütəxəssisləri cəlb edəcəyik və onlar sizinlə öz bilik və təcrübələri ilə bölüşəcəklər".
G. Cəlilova əlavə edib ki, seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.
Daha sonra seminara start verilib.
Tədbirin yekununda təbdir iştirakçılarına bank adından hədiyyələr paylanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
11 d. əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
4 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
4 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
6 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
7 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq





















