Xalq Bank maliyyə göstəricilərini açıqladı
Xalq Bank 2016-cı ili 10 milyon 370 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 133 milyon 165 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 72 milyon 293 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 59 milyon 928 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Qalan 12 milyon 475 min manat mənfəətdən 2 milyon 105 min manat mənfəət vergisi ödənilib və nəticədə bank ili 10 milyon 370 min manat xalis mənfəət ilə başa vurub.
Xalq Bank 2015-ci ildə 600 min manata yaxın xalis mənfəət açıqlamışdı. Beləliklə, 2015-ci illə müqayisədə Bankın xalis mənfəəti təxminən 17 dəfə artıb.
31 Dekabr 2016-cı il tarixinə Xalq Bank 1 milyard 668 milyon 620 manat cəmi aktivlərə, 1 milyard 430 milyon 982 min manat cəmi öhdəliklərə və 237 milyon 638 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2015-ci il tarixində Xalq Bank 1 milyard 580 milyon manat cəmi aktivlərə, 1 milyard 371 milyon manat cəmi öhdəliklərə, 209,2 milyon manat cəmi kapitala malik idi. Beləliklə, ötən il XalqBankın aktivləri təxminən 6% artıb.
2015-ci illə müqayisədə ötən il Bankın kredit portfeli 1 milyard 288 milyon manatdan 1 milyard 238 milyon 867 min manata düşüb.
Xalq Bankın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 14 d. əvvəl
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb


























