Azərbaycandakı bank zərəri ilə tarix yazdı
Azərbaycanın əksər bankları 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıblar. "Marja" xəbər verir ki, artıq 30 bankdan 6-sı zərər açıqlayıb. Zərər açıqlamış 6 bankdan 5-nin hər birinin zərəri 10 milyon manatdan, o cümlədən 2-sinin zərəri isə 1 milyon manatdan aşağıdır. 1 bankın zərəri isə 200 milyon manatdan çoxdur.
Bu gün Bank VTB Azərbaycan isə rekord məbləğdə zərər açıqlayıb. Bu, Azərbaycandakı bankların bugünədək açıqladığı ən böyük zərərlərdən biridir. Bankın maliyyə hesabatlarından məlum olur ki, Rusiyanın iri bankının Azərbaycandakı törəməsi 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurub.
Bank 9 milyon 981 min manat xalis əməliyyat zərərindən başqa, ehtiyatlara 237 milyon 430 min manat ayırıb. Ayırma ilə bankın zərəri 247 milyon 412 min manata yüksəlib.
Ehtiyatlara ayırma və zərər səhmdar kapitalının hesabına bağlanıb. 2018-ci ilin 1-ci rübündə Bank VTB (Azərbaycan)-ın nizamnamə kapitalı 265 milyon manat artırlaraq 316 milyon manata qaldırılmışdı. Bu artım borcların qaytarılmasına sərf edilib.
Qeyd edək ki, devalvasiyalar nəticəsində Bank VTB (Azərbaycan) digər banklardan aldığı kreditləri və cəlb etdiyi depoztləri batırmışdı. İlk rübdə Bank yaratdığı ehiyatlar hesabına 265 milyon 258 manat borc qaytarıb. Daha ətraflı: http://marja.az/news/24077
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























