AMFA-nın 11-ci İllik Təltif Şam Ziyafəti keçirilib
Bu il AMFA mikromaliyyə sektorunda mövcud olan qabaqcıl təcrübələri öz fəaliyyətində əks etdirən təşkilatları və mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində əməyi olan şəxsləri qiymətləndirmək və maliyyə qurumları arasında əlaqələri möhkəmləndirmək məqsədilə 11-ci İllik Təltif Şam Ziyafətini təşkil etmişdir.
Ənənəvi olaraq , bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas tənzimləyici orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar Konfedersiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, bank, bank olmayan kredit təşkilatı, mikromaliyyə sektoruna müxtəlif xidmətlər göstərən partnyor təşkilatlar, Banklar Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri olmaqla tədbirdə ümumilikdə, 60-dan çox nümayəndə iştirak etmişdir.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra tədbirin rəsmi hissəsində qonaq məruzəçi qismində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsi rəisi vəzifəsini icra edən cənab Tural Feyzullayev “Daşınar Əmlakın Reyestri” nin funksiyaları ilə bağlı təqdimatla çıxış etdi. Daha sonra iştirakçılar xatirə şəkli çəkdirərək tədbirin qeyri rəsmi hissəsində müzakirələri şam masası arxasında davam etdirdilər.
Bu il, 4 dəyərli üzvdən ibarət olan mükafatlandırma komitəsi, Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev, Mikromaliyyənin idarəedilməsi üzrə peşəkarlar Nazim Əliyev, Samir Cəfərli və Azərbaycan Mikromaliyyə Assosiasiyasının əməkdaşı Vüsalə Qarayeva tərəfindən iddialı namizədlər arasından təyin edilmiş 3 qalib təşkilat və Mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə xanım Aytən Rüstəmova və Ramil Məhərrəmov AMFA-nın Xüsusi Mükafatı ilə təltif edilmişdirlər.
AMFA –nın 2018-ci il üzrə Mükafat Proqramı çərçivəsində aşağıdakı təşkilatlar qalib seçilmişdilər:
-“Böhran dövründə institusional idarəetməni daha yaxşı təşkil edən təşkilat” nominasiyası üzrə BOKT „İnkişaf üçün Maliyyə” MMC
-“Biznes Effektivliyini innovativ məhsul vasitəsilə artıran qabaqcıl təşkilat” nominasiyası üzrə "Rabitəbank“ ASC
-"Sosial Məsuliyyət layihələri vasitəsilə Müştəri Loyallığını təmin edən təşkilat nominasiyası üzrə "PAŞA Bank" ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




