"Xalq Bank" gecikən kreditlərin azalması ilə mənfəətini artırıb
"Xalq Bank" 2018-ci ilin 1-ci rübünü 7 milyon 522 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ilin 1-ci rübünü 598 min manat xalis mənfəətlə bağlamışdı.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın cəmi gəlirləri 2,5% artaraq 30 milyon 132 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübündə 30 milyon 922 min manat cəmi gəlir əldə etmişdi.
Faiz gəlirləri 26 milyon 527 min manatdan 27 milyon 88 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 4 milyon 395 min manatdan 3 milyon 45 min manata düşüb..
2017-ci ilin 1-ci rübündə 15 milyon 482 min manat əməliyyat mənfəəti əldə etmiş "Xalq Bank", 2018-ci ilin 1-ci rübündə 15 milyon 810 min manat əməliyyat mənfəəti təmin edib. Əməliyyat mənfəətinin 8 milyon 299 min manatı kredit və depozit itkiləri üçün yaradılan ehtiyatlara ayrılıb. Bank 2017-ci ilin 1-ci rübündə ehtiyatlara 14 milyon 891 min manat ayırmışdı. Ehtiyatlara ayırmaların azalması gecikən kreditlərin artmasının səngidiyinə işarədir. Ehtiyatlara ayırmadan sonra Bankın 7 milyon 511 min manat mənfəəti qalıb.
31 Mart 2018-ci il tarixində "Xalq Bank" 2 milyard 226 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 322 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda 1 milyard 814 milyon manat aktivlərin 1 milyard 312 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
Mərkəzi Bankda müxbir hesabda və başqa banklardakı müxbir hesablarda "Xalq Bank"ın vəsaitləri artdığından aktivlər də artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





