Özəlləşdirmə çekləri yenidən gündəmdə
Milli Məclisin bu gün keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub.
Bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.
Z. Oruc deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: “Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq.
Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.
Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb : “Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”
Spiker Oqtay Əsədov “Hesablama Palatası haqqında” qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib: “Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanuni layihəsinin təşəbbüskarı var. 2008-ci ilə yaranan böhrandan sonra yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. “Maliyyə nəzarəti haqqında” qanun üzərində də isə iş gedir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)






