“Mastercard” mifləri məhv edir
“Mastercard”ın əsas əməliyyat valyutası avrodurmu?
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard”şirkəti nağdsız ödənişlər barədə geniş yayılmış mifləri məhv edir
Gündəlik olaraq eşitdiyimiz yanlış məlumatlara baxmayaraq, elektron ödənişlərin texnologiyası və təhlükəsizliyi barədə universal həqiqətlər mövcuddur. “Mastercard” nağdsız ödəniş həlləri ilə bağlı geniş yayılmış əsatirlərin bir neçəsini araşdırıb və məsələyə aydınlıq gətirmək üçün bu mifləri həqiqətə əsaslanan faktlarla qarşılaşdırıb.
Mif: Nağd pul ən təhlükəsiz vasitədir.
Həqiqət: Əslində isə nağd pul bütün ödəniş vasitələri arasında ən təhlükəlisidir, çünki oğurlandığı və ya itirildiyi halda başqa birisi heç bir yoxlama tələb olunmadan ondan istifadə edə bilər. Çip və Pin kodlu plastik ödəmə kartları daha təhlükəsizdirlər. Bu kartların əsaslandığı texnologiya bir neçə mühafizə qatına malikdir ki, bunun sayəsində təhlükələr aşkarlanır və qarşısı alınır. Çip və Pin kod texnologiyası davamlı təhlükəsizlik üçün mübarizə aparmağa kömək edən müdafiə qatlarının sadəcə bir nümunəsidir. “Mastercard” qlobal olaraq tanınır və kart sahibləri nağd pul çıxarmaq istədikdə dünyanın hər yerində öz maaş və ya kredit kartını istifadə edə bilirlər. Elektron ödənişlər nağd ödənişlərlə müqayisədə ən təhlükəsiz vasitə olaraq qalmağa davam edir.
Mif: “Mastercard” avro valyutasına bağlıdır və məhz bu səbəbdən ABŞ-la müqayisədə Avropada istifadəsi daha məqsədəuyğundur.
Həqiqət: “Mastercard”da hesablaşmalar ABŞ dolları və avro ilə yanaşı, 16 regional valyuta ilə də aparıla bilər. Bu isə o deməkdir ki, əgər bankın həm dollar, həm də avro hesablaşmaları mövcuddursa, o zaman əlavə konvertasiyaya ehtiyac olmadan, ABŞ-dakı əməliyyatlar dollarla, Avropada yerinə yetirilmiş əməliyyatlarisə müvafiq olaraq avro ilə həyata keçiriləcək.
Mif: Plastik kartlar təhlükəsiz deyil, çünki itirildikdə və ya oğurlandıqda kartdakı pulu da itirmiş olursunuz.
Həqiqət: “Mastercard” qlobal olaraq “İtirilmiş və oğurlanmış kartların bildirişi” sistemi vasitəsilə bankı bir neçə dəqiqə ərzində məlumatlandırır. Eyni zamanda, “Mastercard” kənar şəxslərin müdaxiləsi ilə edilmiş əməliyyatlar üçün kart sahibini məsul tutmur. Kartınızı itirdikdə və ya kartınızın kopyalandığından şübhələndikdə bankınızla əlaqə saxlayıb, “Təcili kart dəyişimi” xidmətindən istifadə edərək iki iş günü ərzində olduğunuz məkanda yeni kart əldə etmək mümkündür. Bundan başqa, dünyanın hər yerində “Mastercard” və ya “Maestro” loqosuna malik 22 milyon bankomatdan istifadə edərək nağd pul çıxara bilərsiniz.
Mif: İstehlakçıları onlayn alış-verişdən çəkindirən əsas məqam hələ də təhlükəsizlikdir.
Həqiqət: İlk dəfə onlayn alış-veriş edənlər üçün bu təcrübə o qədər də asan olmaya bilər. Lakin “Mastercard SecureCode” kimi texnoloji həllər onlayn mağazalara yalnız alıcının bildiyi şifrəni daxil etməyi tələb edir və bununla da onlayn mağazalardaha bir mühafizə qatı əlavə etmiş olurlar.
Bu miflərin həqiqəti əks etdirən faktlarla təkzib edilməsindən sonra müasir ödəniş texnologiyalarından istifadə etməmək üçün bəhanə qalmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
27 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
























