“Azərsun”un bankı kiçilib
“Azərbaycan Sənaye Bankı” ASC bu ilin I rübünü 1 milyon 689 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.
3 ay ərzində “Azərbaycan Sənaye Bankı”nınfaiz gəlirləri 6 milyon 131 miln manat, faiz xərcləri 3 milyon 84 min manat, qeyri-faiz gəlirləri 1 milyon 96 min manat, qeyri-faiz xərcləri 2 milyon 943 min manat, mənfəət vergisi ödəmələri isə 375 min manat təşkil edib. Bank xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bu il aprelin 1-nə “Azərbaycan Sənaye Bankı”nınaktivləri 904 milyon 996 min manat olub ki, bu da illik müqayisədə 4,7% azdır. Bunun 264 milyon 51 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,3% kiçilib.
Hesabat dövründə “Azərbaycan Sənaye Bankı”nınöhdəlikləri 5,7% azalaraq 813 milyon 284 min manata düşüb. Bunun 586 milyon 288 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 1,6% kiçilib.
İl ərzində “Azərbaycan Sənaye Bankı”nınbalans kapitalı isə 5,6% artaraq91,713 milyon manat təşkil edib.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.



© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























