Beynəlxalq Bank cəmi gəlirindən çox mənfəət əldə edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat, o cümlədən faiz gəliri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 75 milyon 491 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 64 milyon 404 min manatı gəlirə çevrildiyindən vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 139 milyon 895 min manat təşkil edib. Bu mənfəət bankın cəmi gəlirlərindən çoxdur. Ehtiyatlar əvvəlki illər gecikmədə olan kreditlərə görə yaradılmışdı. Ehtiyatların bir hissəsinin azad olması, gecikmədə olan kredit portfelinin yaxşılaşdığına işarədir.
31.03.2018-ci il tarixində Beynəlxalq Bank 8 milyard 403 milyon manat cəmi aktivlərə, 7 milyard 307 milyon manat cəmi öhdəliklərə və 1 milyard 95 milyon manat cəmi kapitala malik olub.
Bank ötən ilin sonunda 8 milyard 695 milyon manat cəmi aktivlərə, 7 milyard 746 milyon manat cəmi öhdəliklərə və 948 milyon 186 min manat cəmi kapitala malik idi.
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 1 milyard 784 milyon milyon manatdan 1 milyard 670 milyon manata geriləyib.
Bankın öhdəliklərinin azalmasının səbəbləri fiziki şəxslərin tələbli depozitlərinin, hüquqi şəxslərin tələbli depozitlərinin, fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin azalmasıdır. Beynəlxalq Banda, banklar və digər maliyyə institutlarının vəsaitləri artıb.
Beynəlxalq Bank 2017-ci ili 806 milyon 4 min manat xalis mənfəətlə bağlamışdı. Bu mənfəətin 271 milyon 359 min manatı ehtiyatların gəlirə çevrilməsi nəticəsində yaranmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























