“Oturub fikirləşməliyik” - PROBLEM BÖYÜYÜR
Kredit aktivliyini bərpa etmək çətinləşir. Hələlik çıxış yolları tapılmayıb.
Ölkəmizdə ümumi daxili məhsulun artmasına, inflyasiyanın aşağı düşməsinə, məzənnənin sabit qalmasına, Mərkəzi Bankın faiz dərəcələrini endirməsinə baxmayaraq bankların müştərilərə verdikləri kreditlər artmır. Nəticədə banklarda izafi vəsaitlər problemi böyüyür. Banklar kreditə yönəldə bilmədikləri vəsaitlərin bir hissəsini, Mərkəzi Bankın alətlərinə və dövlət istiqrazlarına yönəldərək sabit qazanc əldə edirlər. Lakin nağd vəsaitlərin böyük bir hissəsi istifadəsiz qalıb.
Mərkəzi Bankın son depozit hərraclarında tələb 1 milyard manatdan yüksək olur. Mərkəzi Bank isə banklardan yalnız 200-250 milyon manat cəlb edir. Mərkəzi Bankın notlarının və Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərraclarda da tələb çox yüksəkdir.
“Marja”nın məlumatına görə, Aprelin 9-da keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu gün Mərkəzi Bank izafi likvidliyin valyuta bazarına təhlükə yarada biləcəyindən narahat deyil. Amma bu vəsaitlərin iqtisadiyyata ötürülməsinin yolu tapılmalıdır:
“Banklarda izafi likvidik qalır və kredit aktivliyinə çevrilmir. Banklar izafi vəsaitləri yerləşdirmək üçün alətlər axtarırlar. Banklar Mərkəzi Bankın alətlərinə (depozit hərracları və notlar), həm də Maliyyə Nazirliyinin istiqrazlarına yönəlirlər. Ötən il və bu ilin əvvəlindən hərraclarda başlıca nisbət tələbin xeyrinə olub. Böyük tələb var, banklar gəlir götürmək istəyirlər. Lakin, bizim münasibətimiz dəyişib. Devalvsiyalardan sonra yüksək inflyasiya dövründə böyük sterilizasiya əməliyatları həyata keçirirdik. Bu gün isə, biz valyuta bazarında qorxulu bir şey görmədiyimizə görə, depozit hərracları və notların emisiyası ilə bankların təlabatlarını tam ödəmirik. Bununla da bankları stimullaşdırmaq istəyirik ki, onlar bu vəsaitləri kreditləşməyə yönəltsinlər. Banklar vəsaitləri sabit gəlir əldə etmək üçün dövlət qiymətli-kağızlarına deyil, iqtisadi artımı dəstəkləyən kreditləşməyə yönəltməlidirlər. Bu nə vaxt baş verəcəkdir, burada bir sıra başqa suallar var”.
“DÖVRİYYƏDƏ KİFAYƏT QƏDƏR MANAT VAR”
Elman Rüstəmov əlavə dib ki, izafi likvidiyə baxmayaraq, ölkədəki 2,3% iqtisadi artım şəraitində Mərkəzi Bank 2018-ci ilin 1-ci rübündə pul bazasını 11%-ə qədər artırıb: “Hərdən deyirlər ki, manat azalığı var. Dövriyyədə kifayət qədər vəsait var. Biz devalvasiyadan sonrakı ən aşağı nöqtədən pul kütləsinin həcmini 65% artırmışıq. Çünki iqtisadiyyatın bu likvidliyə tələbi olub və biz bunu etmişik. Lakin biz görürük ki, bu vəsailər daha çox qiymətli kağızlar bazarına yönəldilir. Oturub fikirləşməliyik, nə edək ki, bu vəsaitlər iqtisadiyyata yönəldilsin. Bizim qarşımızda duran məsələlərdən biri budur”.
"KREDİT EKOSİSTEMİNDƏ PROBLEMLƏR VAR"
Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın faizləri aşağı salması siqnal rolunu oynayır. "Biz, siqnal effektinin iqtisadiyyata ötürüləcəyini düşünürük".
Elmən Rüstəmov qeyd edib ki, kredit faizləri təkcə Mərkəzi Bankın uçot dərəcəsi ilə ölçülmür: “Bütövlükdə kredit ekosistemində bir sıra problemlər var. Biz maliyyə vasitəçiliyini bərpa etmək istəyiriksə, faizlərin əhəmiyyətli aşağı düşməsini istəyiriksə, bu ekosistemdə olan problemləri həll etməliyik. Bu məsələ hökumətin fokusundadır. Mən əminəm ki, biz yaxın gələcəkdə bu problemləri həll edəcəyik”.
“KREDİTLƏRƏ SAĞLAM TƏLƏB YÜKSƏK DEYİL”
Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsinin və depozitər üzrə faiz dərəcələrinin aşağı düşməsinə baxmayaraq kreditlər üzrə faizlər bir o qədər də düşmür.
“Əksinə, uçot dərəcəsi və depozit faizləri aşağı düşdükcə kənarlaşma güclənir. Yenə deyirəm, kredit ekosistemində bir sıra problemlər var. Həmçinin, kreditin dəyəri təkcə faizlə ölçülmür. Bütövlikdə, kreditə tələb və təklif arasında olan nisbətlə ölçülür. Biz düşünürük ki, bank sektorundan soruşmaq lazımdır ki, nə üçün belə tendensiya baş verir. Görünür ki, standart izah ondan ibarət ola bilər ki, kreditə olan sağlam tələb (yaxşı təminatı olan) bir o qədər yüksək deyil. Yəqin buna görə, kredit faizləri yüksək olaraq qalır ”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
47 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
51 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























