"OPEC+ iştirakçıları müddətsiz qarşılıqlı fəaliyyətin tərəfdarıdırlar"
Neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin bütün iştirakçı ölkələri neft bazarında tarazlığın davam etdirilməsinin tərəfdarıdır.
Rusiya KİV-ləri xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib. “Mən heç bir nazirdən bu istiqamətdə qarşılıqlı fəaliyyətin əleyhinə olan fikir eşitməmişəm”, - deyə nazir qeyd edib.
A.Novak daha sonra deyib: OPEC+ sazişi əla nəticələr verib, onun iştirakçıları isə razılaşmanın başa çatacağı əvvəlcədən nəzərdə tutulan 2018-ci ildən sonra da müddətsiz qarşılıqlı fəaliyyətin tərəfdarıdırlar. OPEC+ sazişinin tərəfdaş ölkələri 2018-ci ildən sonra da informasiya mübadiləsi apara, zəruri hallarda hasilatı əlaqələndirə bilərlər”. Rusiyalı nazir hesab edir ki, zəruri hallarda, məsələn, 2014-cü ilin əvvəlindən başlayan böhran vəziyyətində olduğu kimi, bazarın tarazlaşdırılmasına təsir edən mexanizm var.
Nazir əlavə edib ki, eyni zamanda, hazırkı şəraiti və perspektivləri anlamaq üçün sadəcə görüşmək və bazardakı vəziyyəti müzakirə etmək çox səmərəlidir. Onun sözlərinə görə, əgər əvvəllər OPEC məsələləri özünün qapalı çərçivəsində müzakirə edirdisə, indi kartelə daha 11 ölkə qoşulub və bu, artıq beynəlxalq təşkilata bənzəyir.
OPEC 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərinin sabitləşməsi məqsədilə hasilatın oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılmasına dair razılığa gəlib. OPEC üzvü olmayan 11 ölkə 2016-cı il dekabrın 10-dan öz hasilatlarını yekun olaraq 558 min barel, o cümlədən Azərbaycan gündəlik 35 min barel azaltmağı razılaşdırıblar.
Neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilədək uzadılıb. Azərbaycan ötən il və cari ilin iki ayı ərzində öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
15 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
-
38 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
58 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Ən çox oxunanlar
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO






















