Qızıl 1-ci, elektrik enerjisi 2-ci olub

2018-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37 faiz artıb
Azexport.az portalına cari ilin fevral ayında 37,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon ABŞ dolları olub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 milyon ABŞ dolları).
2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib (17,7 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon ABŞ dolları), üçüncü yeri isə qızıl (19 milyon ABŞ dolları) tutub.
“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar - fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,“Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Food export Şəmkir", “İlham-M” MMC, "Sun Food" MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət təmsil olunur. Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər aşağıdakılardır: ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ASC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 2 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 2,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.
“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn xarici vətəndaşların sayında baş verən artım həm də onların xərcləmələrində, özünü büruzə verib. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 15 faiz artaraq 99,8 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına 37,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 28 fevral tarixinə kimi Azexport.az portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 milyon ABŞ dolları təşkil edib.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, findıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadi məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yaği, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konserviləşdirilmiş ət, buğda unu və s. mallara olub.
Həmçinin “İxrac İcmalı”nda Azexport.az portalının Rusiyaya mal ixrac edən sahibkarlar üçün yaratdığı yeni imkanlar, sahibkarlara sərbəst satış sertifikatının verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin at və at əti ixracı ilə bağlı apardığı araşdırma, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
