Biri 100 milyard dollar, digəri bir neçə dollar qazanır - Youtube kapitalizmi
Onlayn video platforması Youtube-un arxasındakı Google, reklamdan ildə təxminən 100 milyard dollar qazanır. Çəkib yüklədiyi videosu on min dəfələrlə izlənsə belə, videonu yükləyənlər sadəcə bir neçə dollar qazana bilirlər.
Dünyanın ən böyük onlayn video platforması Youtube-ın ABŞ-dakı ofisinə təşkil etdiyi silahlı hücumda intihar edən azərbaycanlı Nasim Aghdam, Google-ın onlayn reklam "piroqundan" pay almağa çalışan "Youtuberlərin" qarşı-qarşıya qaldığı qaranlıq bir üzü nümayiş etdirdi.
"Marja" xəbər verir ki, dünya miqyasında 1 milyarddan artıq istifadəçisi olan Youtube, Google-ın 2017-də 110 milyard dolları aşan gəlirlərində də əhəmiyyətli bir paya malikdir.
Google-ın bu onlayn video izləmə platforması yalnız reklam verənlərin deyil, bu platformaya video yükləyən məzmun istehsalçılarının da əhəmiyyətli bir gəlir qapısıdır.
İş hər nə qədər "Pişik videosu çək, Youtube-a yüklə və pul qazan" kimi sadə şəkildə dəyərləndirilsə də, əslində bu platforma vasitəsilə mütəmadi gəlir əldə etmək üçün Google və Youtube-un tez-tez dəyişən axtarış nəticələri və təklif olunan videoları necə göstərdiyini müəyyən edən alqoritmlərini təhlil etmək lazımdır.
100 min dəfə izlənən bir videonun, bu videonu yükləyənə qazandıracağı məbləğ 100-dən çox meyara görə dəyişir. Üstəlik, Youtube üzərindən əldə ediləcək gəlir, kanalın yerləşdiyi ölkə və dilə görə də dəyişir. Məsələn, 1000 dəfə göstərməyə görə gəlir, ABŞ-da orta hesabla 5-6 dollara çatarkən, aparılan təhlillərə əsasən inkişaf etməkdə olan ölkələrdə isə bu məbləğ təxminən 1 dollar təşkil edir. Vəziyyət belə olunca da çox "Youtuber" də məyus olur.
Bu dramın ən son nümunəsi olan Nasim Aghdam da internet saytında Youtube-ın gəlir paylama siyasətlərini, "300 min dəfə göstərmənin gəliri 0.10 dollar?" sözləri ilə tənqid etmişdi.
Youtube-un baş qərargahına hücum təşkil edən Nasim Aghdam, "kanalındakı videoların filtirlənməsinə" görə gəlirinin və populyarlığının azaldığını bildirmişdir. O videolarında buna görə Youtube-ı günahlandırıb.
Aghdamın veb saytında yer alan videolarında, Youtube istifadəçilərinin reklam gəlirlərindən bəhrələnməsini təmin edən sistemi 20 Fevralda dəyişdirməsi və mindən az davamçısı olan kanallardan reklam ödəmələrini dayandırması tənqid edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)




.jpg)












